Rayon idmançıları mükafatlandırıldı
Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün tarixi hadisələrdən biridir. Bu möhtəşəm idman yarışları müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Avropa Olimpiya hərəkatı tarixinin yeni səhifəsi yazılır.
24 iyun 2015-ci il tarixdə Rayon Təhsil Şöbəsində rayonun ümumtəhsil məktəblərində təhsil alan və respublika səviyyəli müxtəlif idman yarışlarında qələbə qazanmış idmançıların mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev Respublikamızda keçirilən I Avropa Oyunları və onun əhəmiyyəti barədə ətraflı məlumat vermiş, idmanın yüksəlişi üçün rayonun ümumtəhsil məktəblərində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Tədbirdə rayonunun Yunan-Roma və Karate üzrə müxtəlif beynəlxalq, respublika və rayon səviyyəli yarışlarında qalib gəlmiş idmançılara mükafatlar, diplomlar, həmçinin onların məşqçilərinə Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlar təqdim edilmişdir.