Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində sakinlərin istirahətinə qayğı ilə yanaşılır

29 iyun 2015 | 10:00

İsti yay günlərinin başlanması ilə əlaqədar olaraq Ağstafa şəhərinin park və xiyabanlarında, istirahət obyektlərində sakinlərə mədəni xidmətin təşkil edilməsi və azyaşlı uşaqların əylənməsi üçün müvafiq şərait yaradılmışdır.
Sakinlərin və rayonumuzun qonaqlarının tez-tez baş çəkdiyi Azərbaycan Parkında yeni  abidələr quraşdırılmış, yaşıllıq zolağında gül dəstləri ilə Bakı-2015 Avropa Oyunlarının emblemi yaradılmışdır. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında oturacaqlar, işıq dirəkləri cari təmir edilmiş, 3 ədəd yeni uşaq əyləncə mərkəzi yaradılmışdır.
Hər axşam istirahət parklarında milli musiqi səsləndirilir, yeniyetmə və gənclərin  canlı ifası olur. Eyni zamanda milli filimlərimiz də nümayiş etdirilir. Yaradılan şərait rayon sakinlərini və  şəhərimizin qonaqlarını razı salır.

Keçidlər