Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi.

30 iyun 2015 | 10:00

Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatında cari ildə kənd təsərrüfatı sahəsində aparılan işlərə həsr edilmiş geniş müşavirə keçirilildi.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd təsərrüfatı idarələrinin rəhbərləri, yerli İcra nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Həmin Sərəncamdan irəli gələn vəzifələrin və rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarının problemlərinin həll edilməsi məqsədilə Ağstafa rayonu İcra hakimiyyətində geniş tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlər Planına uyğun olaraq kənd sakinlərinin suvarma suyu ilə təminatı və taxıl biçini ilə əlaqədar olaraq müvafiq texnikanın səfərbər edilməsi istiqamətində zəruri işlər aparılır. Qısa zaman kəsiyində taxıl biçini ilə əlaqədar xeyli sayda kombayn işə cəlb edilmiş, əkin sahələrinin optimal vaxtda suvarılması üçün tədbirlər görülmüşdür.
Müşavirədə “Ağstafa rayonunda kənd əhalisinin suvarma suyu ilə təmin olunması, meliorasiya və irriqasiya tədbirlərinin görülməsi istiqamətində aparılan işlərin vəziyyəti və taxıl biçini barədə” məsələ ilə əlaqədar rayon İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanovun məruzəsi dinlənildi.
Məruzədə 2015-ci il kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülən işlər barədə geniş məlumat verildi, kənd zəhmətkeşlərinin  suvarma suyu ilə təminatında həyata keçirilən tədbirlərdən danışıldı. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin müdiri Y.Nəsibov və Ağstafa Suvarma Sistemləri İdarəsinin müdiri T.Bayramovun vəziyyətlə bağlı arayışları dinlənildi. Qeyd olundu ki, kənd əməkçilərinin suvarma suyu ilə təmin oluması istiqamətində zəruri tədbirlər görülür və su ehtiyatı kifayət qədərdir. Hər bir İnzibati Ərazi Dairəsi üzrə mövcud vəziyyət barədə yerli İcra nümayəndələri məlumat verdi.
Müşavirəyə yekun vuran Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yerlərdə hər bir problemin operativ həll edilməsi və məhsul yığımının itkisiz və tez yığılması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Keçidlər