Ağstafada taxıl biçini davam edir
Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin məhsulu üçün rayonda 7960 ha taxıl, o cümlədən 5481 ha buğda, 2119 ha arpa yetişdirilmişdir. Rayonda taxıl biçini kampaniyasına ciddi hazırlıq görülmüşdür. Məhsul yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün bütün lazımı tədbirlər görülmüşdür. Biçinə 26 ədəd kombayn çıxarılmışdır. “Ağstafa Aqroservis” MMC-nin və “Aqrservis” xidmətinin kombayn və digər texnikaları biçinə cəlb edilmişdir. Hər bir yerdə yol və keçidlər qaydaya salınmış, yanğın təhlükəsi ilə əlaqədar qabaqlayıcı tədbirlər görülmüşdür.
01 iyul 2015-ci il tarixə kimi rayonda 1403 ha sahədə taxıl, o cümlədən 1130 ha arpa, 273 ha buğda sahəsi biçilmişdir. Məhsul biçimində əldə olunan məhsuldarlıq fermerləri sevindirir. Buğda sahəsinin 1 ha-dan 29,00 sentner, arpa sahəsinin isə 1ha-dan 25,3 sentner məhsul yığılmışdır.
Rayonda taxıl biçini davam edir.