Şriftin ölçüsü :

Saytın rəngi :

Polis günü qeyd edildi

02 iyul 2015 | 10:00

Bu gün Azərbaycan polisi öz peşə bayramını qeyd edir. Azərbaycan xalqının Ümummilli lideri  Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə günü münasibəti ilə Ağstafa rayonunda tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon  Polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti iştirak edirdi. 
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoydular və xatirəsinə öz ehtiramlarını bildirdilər. Bayram tədbirinin iştirakçıları Heydər Əliyev Muzey Mərkəzində  fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış oldular.
Ağstafa rayon Polis şöbəsinin zabit və sıravi heyətini peşə bayramı münasibəti ilə təbrik edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsində Azərbaycan polisinin şərəfli xidmət yolundan danışdı. Rayon Polis Şöbəsi əməkdaşlarının da ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsində əhəmiyyətli iş gördüklərini qeyd etdi.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Rayon Polis Şöbəsinin bir sıra əməkdaşları Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı  və qiymətli hədiyyələri ilə təltif edildilər.

Keçidlər