Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası çağırılmışdır
15 dekabr 2012-ci il tarixdə havaların kəskin soyuması və qar yağması barədə verilən məlumata əsasən Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyanın iclası çağırılmışdır. İclasda rayon İcra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Ramiz Tatarov çıxış edərək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə bütün komissiya üzvlərinin üzərinə düşən vəzifələri müəyyənləşdirdi. Rayonun müvafiq təşkilatlarında olan mövcud texnikaların hazır vəziyyətə gətirilməsini və xidmət təşkilatlarında növbətçiliyin gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsini tapşırdı. Şəhər, qəsəbə və kəndarası yolların buz bağlayacağı təqdirdə 26 saylı Yol İstismar İdarəsinə zəruri tədbirlərin görülməsini tapşırdı.