Səhiyyə müəssisəsində abadlıq işləri aparılır.
06 iyul 2015 | 10:00
Ağstafa şəhərində yeni Fizioterapiya və Reabiltasiya Mərkəzinin yenidən qurulması və müasir avadanlıqlarla təhciz edilməsi yekunlaşmaq üzrədir. Mərkəzin yerləşdiyi Ağstafa şəhər Doğum Evinin həyətində abadlıd-quruculuq işlərinə başlanılmışdır. Artıq bir neçə gündür ki, binanın həyəti lazımsız tiklilərdən təmizlənilmiş, köhnə səki daşları sökülmüş, yeni ağac və gül kolları əkilmişdir.
Mərkəzin həyətinin köhnə asfalt örtüyü götürülmüş və əraziyə yeni müasir səki daşlarının qoyulmasına başlanılmışdır.
Mərkəzin həyətində abadlıq-quruculuq işlərinin ən qısa vaxtda yekunlaşdırılması və istifadəyə verilməsi nəzərdə tutulur.