Şriftin ölçüsü :

Saytın rəngi :

Ordu sıralarına çağırış davam edir

08 iyul 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 may 2015-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyul ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların ehtiyyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq Ağstafa rayonunda çağrışçıların hərbi hissələrə göndərilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Bu münasibətlə çağrışçı gənclərin hərbi xidmət yerlərinə göndərilməsi münasibətilə yola salınma mərasimləri təşkil edilir. Həmin mərasimlərdə rayon ağsaqqalları, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi veteranları iştirak edirlər. Ordu sıralarına gedən gənclərə arzularını bildirir və torpaqlarımızın düşmən işğalından azad olunması fikri bir daha vurğulayırlar.

Gənclər ordu sıralarına yüksək əhval-ruhiyyə və düşməni məhv etmək əzmi ilə gedirlər.

Keçidlər