“Azərbaycan mətbuatı – 140” mövzusunda dəyirmi masa təşkil olunub
14 iyul 2015-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında rayon mədəniyyət işçilərinin təcrübəli jurnalistlərlə “Milli mətbuatımız: milli-mənəvi dəyərlər” mövzusunda tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Laiq Qələndərli milli mətbuatın yaranma tarixindən, Ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Daha sonra vurğulayıb ki, möhtərəm prezident İlham Əliyevin də bu sahəyə diqqət və qayğısı çox böyükdür.
Daha sonra çıxış edən qocaman jurnalist, “Ağstafa” qəzetinin əməkdaşı Firdovsi Heydərli öz zəngin həyat və peşə təcrübəsindən geniş söhbət açıb. Bu sahənin xüsusiyyətlərindən danışıb. Yazıçı-şair Saqif Qaratorpaq mətbuatın milli dəyərlər aspektində əhəmiyyətindən danışıb. Sonra söz alan gənc mədəniyyət işçiləri öz fikirlərini çatdırıb, onları maraqlandıran sualları veriblər. Diskussiya xarakterli görüş fikir mübadiləsi ilə başa çatıb.