Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

16 iyul 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ASAN xidmət" Mərkəzinin “Səyyar xidmət”i Ağstafa şəhəri Hüseyn Arif küçəsində yerləşdirilmişdir və 19 iyul 2015-ci il tarixdən Ağstafa rayonunda əhaliyə xidmət göstərəcəkdir.

 

“ASAN xidmət”in səyyar formada göstərdiyi xidmətlər:

Ədliyyə Nazirliyi:

·         notariat fəaliyyəti;

 

Daxili İşlər Nazirliyi:

·         şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

·         ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

·         sürücülük vəsiqələrinin dəyişdirilməsi;

 

Dövlət Sosial Müdafiə Fondu:

·         əmək pensiyalarının təyin edilməsi;

 

Əmlak Məsələləri Dövlət Komitəsi:

·         Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;

·         Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

 

Hüquqi yardım xidməti:

Yardımçı xidmətlər:

·         bank hesablarının açılması;

·         valyuta mübadiləsi;

·         dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;

·         inzibati xətalara dair cərimələrin qəbulu;

 

Sığorta:

·         avtomobillərin sığortası;

·         daşınmaz əmlakın sığortası.

 

Keçidlər