Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı ilə mübarizə mövzusunda dəyirmi masa keçirildi

15 iyul 2015 | 10:00

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ağstafa rayon Təhsil şöbəsinin akt zalında Əlil Qadınlar Cəmiyyəti tərəfindən “Məişət zorakılığı ilə mübarizə: İctimai fəallığın artırılması” mövzusunda tədbir keçirilmişdir.
             Tədbiri giriş sözü ilə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova açaraq “Məişət zorakılığı ilə mübarizə: İctimai fəallığın artırılması” layihəsinin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, bu layihənin həyata keçirilməsində məqsəd məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili ilə maarifləndirmə işlərini aparmaqla dövlətimizə dəstək verməkdir. M.Rəhimova bu sahədə cəmiyyət tərəfindən görülmüş və həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verdi.

Keçidlər