MİLLİ MƏTBUATIN 140 İLLIYİ QEYD OLUNDU
22 iyul Milli Mətbuat Günü münasibəti ilə Ağstafa şəhəri “Yazıçılar evi”ndə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq bu münasibətlə mətbuat işçilərini təbrik etdi. Qeyd olundu ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 -də, 140 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - "Əkinçi" qəzetinin buraxıldığı gündə qeyd edilir. Azərbaycanda Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" müvafiq Qanun qəbul edilmişdir. Bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə fikir, söz və məlumat azadlığı şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Sonra mətbuat sahəsində fərqlənən bir sıra əməkdaşlar Ağstafa Rayon İcra Hakimiyyətinin hədiyyələri ilə təltif olundular.
Tədbirdə çıxış edən yazıçı-jurnalist Firdovsi Heydərli, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev və digərləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.