Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Göycəli kəndində səyyar qəbul-görüş

20 dekabr 2012 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dekabr ayının 19-da rayonumuzun Aşağı Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən İsmayılov Aşağı Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Həmid Vəliyev Aşağı Göycəli kəndinə çəkilən təbii qazın tezləşdirilməsini xahiş etdi.
2. Xəlil Hüseynov kəndin “Qabaqdağlı” yaşayış məhəlləsində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
3. Nüsrəddin Kərimov işlə təmin edilməsi barədə danışdı.
4. Etibar Rzayev təsərrüfat mövsümündə suvarma suyunun çatışmamazlığı haqqında danışdı.
5. Mircəlal Mahmudov istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarın inşa olunmasının vacib olduğunu qeyd etdi.
6. Flora Ələkbərova Aşağı Göycəli kənd tam orta məktəbinə telefon xəttinin çəkilməsini xahiş etdi.
7. Elnarə Vəliyeva kənddə yeni poçt şöbəsi üçün binanın inşa edilməsi barədə danışdı.
8. Elba Rzayeva Aşağı Göycəli kəndinin içməli su təminatının yaxşılaşdırılmasının vacibliyini vurğuladı.
9. Ələkbər Ələkbərov yeni məhəllənin yollarının təmir edilməsini xahiş etdi.
10. Hüseyn Vəliyev kənddə elektron tipli ATS-in quraşdırılımasına ehtiyac olduğunu qeyd etdi.
11. Yaşar Hüseynov kənddə yeni tibb məntəqəsi üçün binanın inşa edilməsini təklif etdi.
12. Şəadət Əlləzov körpələr evi uşaq bağçasının qəzalı vəziyyətdə olması barədə çıxış etdi.
13. Vidadi Həsənov Aşağı Göycəli kənd tam orta məktəbinin istilik təminatının yaxşılaşdırılmasının həll edilməsindən danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, Azərbaycan Respubliksaı Prezidentinin müvafiq sərəncamı əsasında rayonun Poylu-Xətai-Yenigün-Aşağı Göycəli avtomobi yolunun tikintisi başa çatmışdır. Cari ilin aprel ayının 12-də cənab Prezident İlham Əliyev Ağstafa rayonuna səfəri zamanı həmin yolun açılışında iştirak etmiş və Aşağı Göycəli kəndində sakinlərlə görüş keçirmişdir. Cənab Prezident İlham Əliyev Ağstafa rayonunda aparılmış tikinti, abadlıq və quruculuq işlərinə yüksək qiymət vermişdir.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər