Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu üzrə Maliyyə Şöbəsində görüş

03 avqust 2015 | 10:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun ictimaiyyət nümayəndələri ilə birlikdə  bu gün  Ağstafa rayonu üzrə Maliyyə Şöbəsində olmuşdur. Şöbənin əməkdaşları ilə görüşən cənab Məhərrəm Quliyev ilk növbədə işçilərin iş şəraiti və şöbənin funksional fəaliyyəti ilə tanış olmuşdur.
Azərbaycan Respublikasında həyata keçirilən maliyyə siyasəti və büdcə öhdəliklərinin yerinə yetirilməsi sahəsində ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrdən danışan cənab Məhərrəm Quliyev qeyd etdi ki, Ağstafa rayonu üzrə bir qayda olaraq büdcənin mədaxil və məxaric bölmələrinin icrası sahəsində işlər qənaətbəxşdir.
Ağstafa rayonu üzrə maliyyə şöbəsinin müdiri Qoşun Heydərov idarənin fəaliyyəti ilə yaxından maraqlandığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirmiş, şöbədə aparılan əsaslı təmir işlərinin yüksək səviyyədə başa çatdığını qeyd etmişdir. Şöbə müdiri qeyd etdi ki, 2015-ci ilin birinci yarısında Ağstafa rayonu üzrə maliyyə şöbəsi  yerli  gəlirlər üzrə proqnoz  106.2 faiz yerinə yetirilmişdir. 2015-ci ilin birinci 6 ayı büdcənin xərcləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 68.9 min manat çox icra olunmuşdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə əmək haqqı və sosial ayırmalar üzrə borc qalmamışdır. Şöbədə maliyyə əməliyyatlarının aparılmasında elektron informasiya vasitələri geniş tətbiq edilir, xəzinədarlıq sistemində şəffaflıq qorunur.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şöbənin kollektivinə tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər