Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Taxıl və Un Məmulatları Kombinatı layihəsinə start verildi

03 avqust 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Azərbaycan Respublikasında müasir taxılçılıq təsərrüfatlarının yaradılması, yüksək məhsuldarlığın əldə edilməsi sahəsində əsaslı dəyişikliklər həyata keçirilir. Azərbaycan Respublikasında taxılçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri kəmiyyət inkişafı ilə yanaşı, onun keyfiyyət göstəricilərini nəzərə alaraq bu sahənin inkişaf etdirilməsinə diqqət yetirirlər. Belə ki, Almaniya istehsalı olan müasir kənd təsərrüfatı texnika və aqreqatları ilə təchiz edilən “Ağstafa Aqroservis” MMC Almaniyanın bir neçə şirkəti ilə birlikdə tərkibində 30 min ton saxlama gücünə malik taxıl anbarı, saatda 5,0 ton emal gücü olan un zavodu, çörək və qənnadı istehsalı zavodu, eyni vaxtda 200 nəfərə xidmət etmə gücü olan “fass food” sistemli iaşə obyektinin inşasını həyata keçirməyə başlamışdır.
Bununla əlaqədar müasir avropa standartlarına cavab verən, gigiyenik standartlara uyğun avtomatlaşdırılmış avadanlıqlar ilə təchiz edilmiş taxıl anbarı və emalı, eyni zamanda regionun fermerləri tərəfindən istehsal edilmiş taxılın qəbulu nəticəsində, yerli satış bazarının bütövlükdə təmin ediləcəkdir
Layihənin tərəfdaş şirkətləri bunlardır:  “RAO GLOBAL GROUP gmbH”, “AKKORD” şirkətlər qrupu, “NEUERO”, “BUHLER Group”, “WOLF System”, “Werner Pfleider”.
Layihənin həyata keçirilməsi məqsədi ilə Almaniyanın “Landesbank Baden-Württemberg” bankından ilkin olaraq 10 (on) milyon Avro kredit ayrılmışdır.

Keçidlər