Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş

05 avqust 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Aşağı Kəsəmən  kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Kəsəmən  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Mirzəyev Aşağı Kəsəmən  kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Ələsgər Aşırov Ağstafa-Aşağı Kəsəmən avtomobil yoluna asfalt örtüyünün salınmasına ehtiyac olduğunu qeyd etdi.

2. Mahir Mövləverdiyev Yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.

3. Eldar Batıyev Aşağı Kəsəmən kəndinə yeni çəkilmiş suvarma beton kanalının kəndin çıxış hissəsinədək uzadılmasını təklif etdi.

4. Salatın Namazova 10 kvt-luq elektrik dayağının həyətyanı sahədən kənara çıxarılması barədə danışdı

5. Rəhim Məmmədhüseynov kəndin Təpəbaşı adlanan məhəlləsində olan 1 ədəd subartezian quyusunun balansa alınmasını xahiş etdi.

6. Laçın Qurbanova oğlunun işlə təmin edilməsinə köməkdarlıq olunmasını xahiş etdi.

7. Yeganə Abdullayeva kənddə körpələr evi uşaq bağçası üçün yeni  binanın inşa edilməsini təklif etdi.

8. Nəsir Hüseynov keçmiş fermanın yaxınlığında olan subartezian quyusuna məxsus 40 kva elektrik transformatorunun 63 kva  elektrik transformatoru ilə əvəz edilməsinə ehtiyac olduğunu vurğuladı.

9. Tahir Xammədov oğlunun müalicəsinə köməkdarlıq edilməsini xahiş etdi.

10. Mətanət Məmmədova Aşağı Kəsəmən kənd  tam orta məktəbin həyətində sanitar qovşağın qazılmasını təklif etdi.

11. Sahib Aşırov kəndə verilən suvarma suyunun miqdarının artırılmasının vacibliyini qeyd etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, növbəti ildə Ağstafa-Aşağı Kəsəmən avtomobil yoluna asfalt örtüyünün salınması nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər