Poylu kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Poylu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak edirdi.
Əvvəlcə Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Nəsibov Poylu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu:
1. Adil İsmayılov kənddə yeni qazılmış subartezian quyusunun balansa alınması barədə danışdı
2. Tariyel Nəsibov Poylu kənd tam orta məktəbin əsaslı təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Fərqanə Kərimova Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
4. Bəxtiyar Məmmədov Poylu kəndinin içməli su təminatının yaxşılaşdırılmasının vacibliyini vurğuladı.
5. Valeh Yaqubov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsi barədə danışdı.
6. Afiqə Rüstəmova Yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
7. Bəxtiyar Hüseynov pay torpaq sahələrinə gediş-gəlişin asanlaşdırılması üçün Daş körpü adlanan ərazidə keçidin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
8. Xatirə Həsənova əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün Ağstafa şəhərində müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsi
9. Varaşil Haqverdiyev kəndin aşağı məhəlləsində olan subartezian quyusunun təmir edilməsindən danışdı.
11. Aybəniz Kərimova aztəminatlı ailə kimi yardım edilməsinə köməklik olunmasını xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Poylu kəndində müasir standartlara cavab verən 50 yerlik körpələr evi-uşaq bağçası üçün yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə yerində konkret tapşırıqlarını verdi.