Musiqi və İncəsənət Mərkəzinin tikintisindən son görüntülər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Qısa zaman ərzində inşaatçılar tərəfindən binanın tikintisində xeyli işlər görülmüş, mərkəzin dəmir beton karkas sistemi quraşdırılmışdır. Mərkəzin konsert salonunun dam örtüyü qoyulmuş, binaya arxitektur baxımdan gözəllik verən arxa fasad hissəsi tamamlanmışdır. Hazırda binanın sinif otaqları, zal və foyesində, eləcə də yardımçı otaqlarda daxili tamamlama işləri aparılır. Tikintidə layihə üzrə nəzərdə tutulan işlərin sürətlə aparılması təmin edilir.