Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa komandası Prezident Kuboku uğrunda VII çövkən milli oyununun qalibidir

25 dekabr 2012 | 11:00

Dekabrın 17-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində VII çövkən milli oyunları keçirilib. 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılmasına xidmət edir. Tədbirdə 16 şəhər və rayonun - Şəki, Yevlax, Ağdam, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Tovuz və Zaqatala rayonlarının komandaları iştirak edib. Dekabrın 22-də çövkən oyunu üzrə final və tədbirin təntənəli bağlanış mərasimi keçirilib. Final oyununda Ağdam və Ağstafa komandaları qarşılaşmışlar. Ağstafa komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VII çövkən milli oyununun qalibi adını qazanmışdır.
Sonda oyunların iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə göstərdiyi böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə olunub.
 

Keçidlər