Saloğlu qəsəbəsinə təbii qaz verildi
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi İnkişafı dövlət Proqramına uyğun olaraq Ağstafa rayonunun qəsəbə və kəndlərinin qazlaşması istiqamətində işlər davam etdirilir. Rayonun Kürün sol sahili adlanan hissəsində 11 yaşayış məntəqəsinin qazlaşması üçün əsas daşıyıcı kəmərin tikintisinin başa çatması ilə yanaşı qəsəbə və kəndlərdə paylayıcı xətlərin tikintisi və sayğacların quraşdırılması da aparılır.
Bu gün rayonun Saloğlu və Soyuqbulaq qəsəbələrində təbii qazın verilməsi münasibəti ilə geniş tədbirlər keçirildi.
Saloğlu qəsəbəsində keçirilən tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, ”Azəriqaz” İB-nin məsul işçisi İbrahim Kəlbalıyev, Şəmkir RQİ-nin rəisi Rasim Zeynalov, Ağstafa rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, idarə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak edirdi. Saloğlu qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk öncə təbii qazın verilməsi münasibəti ilə qəsəbə sakinlərini təbrik etdi. Respublikamızın sürətli sosial-iqtsadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə o, cümlədən rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə ətraflı danışdı. Qeyd olundu ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2008-2013-cü illər) uyğun olaraq rayonumuzun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri uğurla davam etdirilir. Məlumat üçün bildirildi ki, Saloğlu qəsəbəsində Saloğlu qəsəbəsində 325 abonentə yeni sayğac və fərdi tənzimləyici quraşdırılmış, 9343 p/metr polietilen boru ilə daşıyıcı və 22060 p/metr dəmir boru ilə məhəllədaxili paylayıcı qaz xətti çəkilmişdir.
Tədbirdə çıxış edən qəsəbə sakinləri onların məişət problemlərinin həllində göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və qəsəbə ziyalısı Yaşar İskəndərov qəsəbəyə qazın verilməsini ifadə edən rəmzi məşəl alovlandırdılar.