Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun qışa hazırlığı vəziyyəti müzakirə olundu

01 sentyabr 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.

Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev  Ağstafa rayonunun 2015-2016-cı il qışa hazırlığı vəziyyətinin müzakirə ediləcəyini bildirdi. Qeyd olundu ki, rayonun qışa hazırlığı sahəsində təxirəsalınmaz tədbirlərin ilboyu ərzində görülməsi təmin edilmişdir. Bir daha vurğulandı ki, sakinlərin qaz, işıq və içməli su təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır. Bildirildi ki, ötən aylar ərzində rayon İcra hakimiyyəti tərəfindən şəhərin çoxmənzilli yaşayış binalarında giriş bloklarının qapı və pəncərələrinin təmiri və dəyişdirilməsi,  blokların əsaslı təmiri, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi  kimi zəruri addımlar atılmış, bir neçə binada istilik sistemi yaradılmışdır. Şəhərin mərkəzi küçələrinin asfalt örtüyünün və səkilərin əsaslı və cari təmiri işləri aparılmış, şəhərin içməli su təchizatı və kanalizasiya xidməti diqqət mərkəzində saxlanılmışdır. Bundan başqa rayonun qəsəbə və kəndlərinin qazlaşması sahəsində ardıcıl tədbirlər görülmüş, son günlərdə daha iki kəndə qaz verilməsi təmin edilərək rayonun qazlaşması 80 faizə çatdırılmışdır. İlin sonun kimi rayonda qazlaşmanın 100 faizi çatdırılması hədəf olaraq müəyyən edilmişdir və bu istiqamətdə tikinti quraşdırma işləri davam etdirilir.  Rayon mərkəzindəki çoxmənzilli binaların, eləcə də qəsəbə və kəndlərin içməli su təminatı ilə bağlı görülən işlərin hələ yetərli olmadığı qeyd edilməklə bu sahəyə diqqətin artırılması xüsusi qeyd olundu. Eyni zamanda yaşayış binaların mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilməsi istiqamətində də işlərin sürətləndirilməsi məqbul sayıldı. Həmin qurumların rəhbərlərinə qarşıdakı vaxt ərzində daha təsirli tədbirlər görməsi üçün müvafiq tapşırıqlar verildi.

Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və konkret tapşırıqlarını verdi.

Şura iclası işgüzar şəraitdə keçdi.

 

Keçidlər