Şriftin ölçüsü :

Saytın rəngi :

Soyuqbulaq qəsəbəsində növbəti səyyar qəbul-görüş

10 sentyabr 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Soyuqbulaq qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Əvvəlcə Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Naqif Osmanov Soyuqbulaq qəsəbəsi barədə içlas iştirakçılarına geniş məlumat verdi. Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Köçvəlili kəndini və Soyuqbulaq qəsəbəsini əhatə edir. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Sonra çıxışlar oldu.

1. Nizami Tomayev Soyuqbulaq qəsəbəsinə təbii qazın verilməsinin vacibliyini qeyd etdi.

 

2. Abdulla Mustafayev (Şəhid atası) Soyuqbulaq qəsəbəsinin Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tabeçiliyindən ayrılaraq  Soyuqbulaq qəsəbə İƏD nümayəndəliyinin yaradılmasını təklif etdi.

 

3. İsmayıl İsayev pay torpaq sahələrinə gediş-gəlişin asanlaşdırılması üçün keçidin quraşdırılmasına ehtiyac olduğunu vurğuladı.

 

4. Şəlalə Əhmədova yaşadığı evin təmirinə köməkdarlıq edilməsini xahiş etdi.

 

5. Məhəmmədəli Allahmanov Türklər məhəlləsində bir ədəd avtobus dayanacağının quraşdırılmasını xahiş etdi.

 

6. Leyla Hüseynova Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.

 

7. Bayram Hacıyev Köçvəlili kəndində yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu qeyd etdi.

 

8. Göyçək Yusifova Köçvəlili kəndində kəndarası yolların təmir edilməsi barədə danışdı.

 

9. Rasim Osmanov ərazidə olan məişət tullantılarının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.

 

10. Alı Zülfüqarov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinin vacibliyini qeyd etdi.

 Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Soyuqbulaq qəsəbəsinə təbii qazın verilməsi qış mövsümündə əhalinin rahatlığının təmin edilməsi istiqamətində atılmış addımlardan biridir. Cari ildə Köçvəlili kəndinə də təbii qazın verilməsi nəzərdə tutulmuşdur.

        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər