Bilik Günü sərhəd kəndində xüsusi qeyd olundu
15 sentyabr 2015 | 10:00
Bilik Günü münasibəti ilə rayonun Ermənistanla həmsərhəd kəndi olan Köhnəqışlaq kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilmişdir. Tədbirdə müəllim və şagirdlər yeni tədris ilinin başlanması münasibəti ilə təbrik olunmuş və onlara müvəffəqiyyətlər arzu olunmuşdur. Hər il olduğu kimi bu dərs ilində də məktəbin 1-ci sinfinə qədəm qoyan şagirdlərə rayon İcra hakimiyyəti tərəfindən məktəbli geyimləri və dərs ləvazimatları hədiyyə olunmuşdur.
Tədbirdə iştirak edən müəllim və valideynlər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.