Səyyar kitabxana xidməti fəaliyyətini davam etdirir
Ağstafa rayon İcra hakimiyyətinin təşəbbüsü ilə rayon Mərkəzi Kitabxana Sistemində səyyar kitabxana xidməti fəaliyyətə başlamışdır. Yeni xidmətin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli, 56 nömrəli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq çap olunan kitabların kütləvi yayımının təmin olunmasıdır. Bu tədbirin digər bir hədəfi rayon sakinlərinin, gənclərin və təqaüdçülərin asudə vaxtının səmərəli təşkili, istirahət saatlarının mənalı keçirilməsi, kitabın təbliği və kitabxanalara daha çox oxucu cəlb edilməsini təmin etməkdir. Bu məqsədlə Ağstafa şəhərinin park və xiyabanlarda, kafe və çay evlərində, rayonun qəsəbə və kəndlərində mərkəzi kitabxana sisteminin kitabların sərgisi təşkil olunur. Bu sərgilərdə Azərbaycan ədəbiyyatının və dünya ədəbiyyatı nümayəndələrinin latın qrafikası və kiril əlifbası ilə nəşr olunan kitabları ilə yanaşı Ağstafa yazarlarının da son illərdə çap olunmuş əsərləri nümayiş etdirilir.
Sərginin daha geniş oxucu kütləsini əhatə etməsi üçün iş fəaliyyəti ilə əlaqədar olaraq
Ceyran çöl qışlağında yaşayan sakinlər üçün də hər həftə orada səyyar kitabxana xidməti göstərilir. Burada həm yaşlı nəslin nümayəndələrinin və eləcə də azyaşlı uşaqların istəklərinə uyğun olaraq kitablar sakinlərə verilir.
Bir neçə gündür Ağstafa şəhərinin Heydər Əliyev və Səməd Vurğun adına mədəniyyət və istirahət parklarında təşkil olunmuş səyyar kitabxanaları sakinlər tərəfindən böyük maraqla qarşılamışlar. Xüsusi ilə milli-mənəvi dəyərlərimizə, mədəniyyətimiz və xalq ədəbiyyatımıza, müasir Azərbaycan tarixinə və dövlət quruculuğuna dair kitablardan təşkil olunmuş səyyar kitabxana xidmətinin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.