Şriftin ölçüsü :

Saytın rəngi :

AFFA- nın rəhbərliyi ilə “Məktəbli kuboku” yarışlarının Ağstafa rayon mərhələsinin açılış mərasimi keçirilmişdir.

26 dekabr 2012 | 11:00

25 dekabr 2012-ci il tarixdə Ağstafa şəhəri 1 sayslı tam orta məktəbində AFFA- nın rəhbərliyi və “Coca-cola” şirkətinin dəstəyi ilə məktəblilər arasında mini futbol üzrə “Məktəbli kuboku” yarışlarının Ağstafa rayon mərhələsinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində rayon İcra hakimiyyəti, rayon Gənclər və İdman idarəsinin məsul işçiləri və AFFA-nın nümayəndələri iştirak edirdi. Yarışda rayonun 36 tam orta məktəbinin 5 və 7-ci sinif şagirdlərindən ibarət futbol komandalrı iştirak edir və yarış 2013-cü ilin yanvar ayının sonunadək davam edəcəkdir.

Keçidlər