Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi

23 sentyabr 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev ilk öncə rayon ictimaiyyətini, rayonun şəhid ailələri və Qarabağ müharibəsi əlillərini müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi, xoş arzu və istəklərini bildirdi. Müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi  ki, ölkəmizdə parlament seçkilərinin keçirilməsi üçün demokratik və şəffaf şərait yaradılmışdır. Milli Məclisə seçkilər ilə əlaqədar olaraq rayonun yaşayış məntəqələrinin adlarının, siyahısının və onların inzibati sərhədlərinin dəqiqləşdirilməsi, küçə adlarının, məhəllələrin, evlərin və mənzillərin nömrələrinin qaydaya salınması sahəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq rayon İcra hakimiyyətinin üzərinə düşən vəzifələrin həyata keçirilməsi təmin edilmişdir.  Ölkəmizdə əhalinin ərzaq məhsulları ilə  etibarlı təminatı istiqamətində rayonda aparılan zəruri işlər qeyd olunmuş, həmçinin rayonda sosial müavinətlərin, ünvanlı sosial yardımın və əmək pensiyalarının təyinatı, ödənişi və məcburi dövlət sosial sığorta daxilolmalarının vəziyyəti barədə məsələlər müzakirə edilmişdir. Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, başçının müavini Aydın Hacıyev,  sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər