Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənsu kəndində növbəti səyyar qəbul-görüş

30 sentyabr 2015 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Həsənsu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Əvvəlcə Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəkil Vəliyev Həsənsu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Sonra çıxışlar oldu.

1. Yolçu Vəliyev Həsənsu kənd körpələr evi uşaq bağçası uyğunsuz binada yerləşdiyi üçün yeni binanın inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.

 

2. Dürrə Eminova əhalini içməli su ilə təmin edən kəhriz quyularında təmir-bərpa işlərinin aparılması barədə danışdı.

 

3. Ramiz Allahverdiyev pay torpaq sahələrinə gediş-gəlişin asanlaşdırılması üçün keçidin quraşdırılmasını xahiş etdi.

 

4. Zəkiyyə Abbasova Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.

 

5. Mətanət Rəhimova Həsənsu kənd tam orta məktəbində əsaslı təmir işlərinin aparılmasına ehtiyac olduğunu vurğuladı.

 

6. Ziyadxan Səmədov “Şamlıq” adlanan ərazidə abadlıq işlərinin aparılması və məişət tullantılarının təmizlənməsinə ehtiyac olduğunu bildirdi.

 

7. Novruz Xudiyev Çay kənarı adlanan yeni məhəllədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi barədə danışdı.

 

8. Arif Rəhimov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinin vacibliyini qeyd etdi.

 

9. Arzu Məmmədova Yeni məhəlləyə içməli su xəttinin çəkilməsini xahiş etdi.

 

10. Şükür Vəliyev kənd qəbiristanlığı yolunun təmir edilməsi barədə danışdı.

      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, növbəti ildə Həsənsu kənd tam orta məktəbin əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur.

        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər