Şriftin ölçüsü :

Saytın rəngi :

“Könlüm keçir Qarabağdan” rəsm müsabiqəsi uğurla başa çatdı

30 sentyabr 2015 | 10:00

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Könlüm keçir Qarabağdan” rəsm müsabiqəsi layihəsinə Ağstafa rayon Heydər Əliyev Mərkəzində uğurla yekun vuruldu.
İki ay davam edən müsabiqə Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə etmişdir. Müsabiqədə qeyd olunan üç rayondan 45 istedadlı gənc Qarabağa həsr etdikləri 58 rəsm işi ilə təmsil olunmuşlar. Rəsm işlərində Qarabağın dünəni, bu günü, sabahı, onun füsunkar təbiəti, fauna və flora aləmi, tarixi abidələri, muğam sənətimiz öz əksini tapmışdır.
Layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaq, bölgələrdə istedadlı gəncləri üzə çıxarmaq, onlar arasında yaradıcılıq  əməkdaşlığı yaratmaq, növbəti müsabiqələrə ruhlandırmaqdır.
Yekun tədbirdə layihə çərçivəsində müsabiqəyə göndərilən rəsm işlərinin sərgisi və iştirakçıların mükafatlandırılması baş tutmuşdur.  Dörd münsifdən ibarət heyətin qərarına əsasən rəsm sərgisində 1-ci yeri Hüseyn Rzayev, 2-ci yeri Leyla Bayramova və 3-cü yeri Gülçin Tanrıverdiyeva tutmuşdur. Qaliblər müvafiq olaraq 1-ci, 2-ci və 3-cü dərəcəli diplom və hədiyyələrlə təltif olunmuş, digər bütün iştirakçılara və layihəyə yaxından kömək etmiş gənclərə müvafiq sertifikatlar təqdim olunmuşdur.

Keçidlər