Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu

01 oktyabr 2015 | 10:00

Bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzində ölkəmizdə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 97-ci ildönümü qeyd olundu. Tədbirdə Ağstafa rayon Prokurorluğunun əməkdaşları ilə yanaşı, rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoyub Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Tədbirdə qeyd olundu ki, məhz ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il  tarixli Sərəncamı ilə “1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir sahəsində olduğu kimi prokurorluq orqanlarında da hərtərəfli islahatlar aparılmış, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi baza yaradılmış, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işlər müasir tələblərə uyğunlaşdırılmış, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilərək dünya standartları səviyyəsinə çatdırılmışdır. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq öz inkişafının  məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuşdur.  Yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir. Ədalətli prosedurlar əsasında kadr tərkibi formalaşdırılmış və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq mühiti yaradılmışdır. Bu sahədə işin səmərəliliyini artırmağa və mövcud  çatışmazlıqların təxirəsalınmadan aradan qaldırmağa təminat verən icra və  nəzarət mexanizmi yaradılmışdır.

Keçidlər