Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığına qarşı maarifləndirmə tədbiri keçirildi

10 oktyabr 2015 | 10:00

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən  “Gücümüz birliyimizdədir” - məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin təşkili mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və yerli bələdiyyə sədrləri iştirak edirdilər.
Tədbirdə Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Məleykə Əlizadə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 oktyabr, 2010-cu il tarixli Fərmanı barədə ətraflı məlumat verdi. Mövzu ətrafında geniş müzakirələr aparıldı, tədbir işgüzar şəraitdə keçdi.

Keçidlər