Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

15 oktyabr 2015 | 10:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 23-də saat 13.00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçirəcək.
Görüşdə Ağstafa, Tovuz, Qazax rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya Komissiyanın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (0222) 56-50-67) xahiş olunur.
Bundan əlavə, qəbula gəlmək istəyənlərin Ağstafa, Tovuz və Qazax rayonlarının təhsil şöbələrində oktyabrın 14-dən 22-dək (saat 10.00-dan 17.00-dək) qeydiyyatı aparılacaq (şənbə, bazar və bayram günləri istisna olmaqla).
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Keçidlər