Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Mahir Nəbiyev Dağ Kəsəmən kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisinə ehtiyac olduğunu qeyd etdi.
2. Aytək Məmmədova Yeni məhəllədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinin vacibliyuini vurğuladı.
3. Sirzadə Muradov təsərrüfatdaxili suvarma ana arxının təmizlənməsi barədə danışdı.
4. Tavad Aslanov Dağ Kəsəmən kənd Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin sürətləndirilməsini qeyd etdi.
5. Elmira Musayeva ailəsinə məxsus pay torpaq sahəsinə aid Dövlət aktını ala bilməməsi üçün köməkdarlıq edilməsini xahiş etdi.
6. Nəsib Qədiməliyev 3 yeni məhəllədə daha güclü elektrik transformatorlarının quraşdırılmasını təklif etdi.
7. Təranə Abdullayeva Yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
8. Mahir Namazov birinci yenı məhəllədə olan 1 ədəd subartezian quyusunun təmirə ehtiyac olduğunu qeyd etdi.
9. Valeh Qafarov Mədən qəsəbəsi məhəlləsində yığılan məişət tullantılarının təmizlənməsi barədə danışdı.
10. Elbrus Mustafayev 1 saylı Dağ Kəsəmən kənd tam orta məktəbinin istilik sisteminin təbii qaz xəttinə qoşulmasını təklif etdi.
11. Dürdanə Məmmədova müalicəsinə köməkdarlıq edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, qısa müddət ərzində 3 yeni məhəllədə daha güclü elektrik transformatorlarının quraşdırılması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.