Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Dövlət Müstəqilliyi Günü qeyd olundu

18 oktyabr 2015 | 10:00

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş sozü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq tədbir iştirakçılarını salamladı və geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki,  Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Daha sonra Ağstafa rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, Ağstafa şəhər Texniki-humanitar təmayüllü liseyin tarix müəllimi Dilavər Qurbanov, Qarahəsənli kənd ümumi orta məktəbin tarix müəllimi Azər Hüseynov öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Azərbaycanın dövlət müstəqilliyinin mökəmləndirilməsi istiqamətində gordüyü işlər barəsində ətraflı danışdılar.

Keçidlər