Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda kənd təsərrüfatı işləri uğurla davam edir

19 oktyabr 2015 | 10:00

Ağstafa rayonunun  kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 2015-ci ildə bol məhsul əldə edilmişdir. Cari ildə rayonun fermerləri və kənd əməkçiləri tərəfindən  7714,0 ha taxıl sahəsindən 22440,0  ton məhsul əldə edilmiş, 1,0 ha-dan orta məhsuldarlıq 29,1 sentner olmuşdur. Bütövlükdə 2015-ci ilin 9 ayı ərzində rayonda 39,320 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Cari ilin 01 oktyabr tarixinə kimi rayon zəhmətkeşləri tərəfindən 608,0 ha sahədən 9800,0 ton  kartof, 484,0 ha-dan 5280,0 ton tərəvəz,  4165,0 ton  meyvə, 3663,0 ton  üzüm, 519,0 ha sahədən 1744,0 ton qarğıdalı, 727,0 ha sahədən 1214,0 ton günəbaxan, 140,0 ha sahədən 1467,0 ton bostan məhsulları toplanmışdır.
Hal-hazırda rayonda kənd təsərrüfatı işləri davam edir. 01 oktyabr 2015-ci il tarixə rayonda 5020,0 hektarda şum aparılaraq , 350,0 ha taxıl səpilmişdir. Bu işlərin aparılması Ağstafa Aqroservis MMC-nin  və “Aqrolizinq” ASC-nin Ağstafa rayon filialının texnikası vasitəsilə həyata keçirilir.

Keçidlər