Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK sədri Ağstafada vətəndaşları qəbul edib

23 oktyabr 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

Oktyabrın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib. Qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevlə birgə ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoyub Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad etdilər.

Qəbul zamanı TQDK sədrinə edilən müraciətlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla əlaqədar olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.

TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.

Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər