Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş Sərbəst Güləş idman növü üzrə turnir

27 dekabr 2012 | 11:00

26 dekabr 2012-ci il tarixdə Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş Sərbəst Güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi. Turnirdə həmçinin Gəncə şəhər, Ağdam, Tovuz, Qazax rayonlarının Uşaq Gənclər İdman Məktəbi və Qazax rayon “Göyəzən” klubunun komandaları iştirak etdi. Yarışda 17 çəki dərəcəsində 170 güləşçi öz qüclərini sınadılar.
Turnirin nəticələrinə əsasən Qazax UGİM-in komandası 1-ci, Ağstafa rayon komandası 2-ci, Gəncə şəhər komandası 3-cü yer əldə etdilər. Ümumilikdə turnir yüksək mübarizə şəraitində keçdi.
 

Keçidlər