Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı idarəsinin tikintisi başa çatmaq üzrədir

03 noyabr 2015 | 11:00

Ağstafa rayonunda aparılan geniş abadlıq-quruculuq və tikinti işləri sahəsində sosial binalarla yanaşı yeni inzibati binaların tikintisinə də diqqət verilir. Son illərdə rayonda dövlət idarəçiliyini həyata keçirən bir sıra təşkilatlara yeni inzibati binalar tikilmiş və bu sahədə iş bu gün də davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə yaradılan Ağstafa rayon kənd təsərrüfatı idarəsinin tikintisi sürətlə aparılır. İki mərtəbədən və ümumilikdə 30 inzibati və yardımçı otaqdan ibarət olan idarənin tikinti işlərində son tamamlama işləri görülür. İnzibati binadan başqa yeni idarənin həyətində 3 ədəd müasir anbar binası da inşa edilmişdir.
Yeni inzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur.

Keçidlər