Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü Gənclər Mərkəzində və rayonun ümumtəhsil məktəblərində qeyd olunur

06 noyabr 2015 | 11:00

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Gənclər Mərkəzində və rayonun ümumtəhsil məktəblərində təntənəli tədbirlər təşkil olunur.
Bu münasibətlə Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər mərkəzində rayonun yeniyetmə və gəncləri arasında əl işləri və rəsim müsabiqəsi keçirilmiş, müsabiqə qaliblərinə müvafiq “Fəxri Fərman”lar və müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.
Rayon Gənclər və İdman İdarəsinin məsul işçilərinin və rayonun ümumtəhsil məktəb müəllimlərinin müşayəti ilə uşaqların Heydər Əliyev adına mədəniyyət və istirahət və Azərbaycan parklarına gəzintiləri təşkil olunur. Ümummilli liderimiz  Heydər Əliyevin irsi və Azərbaycan parkında əks olunmuş bütün tarixi və mədəniyyət abidələrimiz haqqında ətraflı məlumatlar verilir. 
Rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə şagirdlərin ifasında himnimiz səsləndirilir, Dövlət Bayrağımıza həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir,  şeir və milli musiqilərimiz səsləndirilir.

Keçidlər