Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Gününə həsr olunmuş idman turniri keçirilmişdir

06 noyabr 2015 | 11:00

Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında “9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında idmanın “karate-do” növü üzrə açıq Ağstafa rayon birinciliyi keçirilmişdir.
Yarışda Abşeron, Qazax, Sumqayıt, Bərdə, Gəncə, Ağstafa rayon komandalarından yüz nəfərdən çox idmançı iştirak etmişdir.
Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticəsinə əsasən komanda hesabı ilə Ağstafa rayon komandası 1-ci, Sumqayıt şəhər komandası 2-ci, Qazax rayon komandası isə 3-cü yerə layiq görülmüşdür. Qaliblər müvafiq olaraq “Fəxri Fərman”, medal və müxtəlif həvəsləndirici hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər