Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyalar davam etdirilir

16 noyabr 2015 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin müvafiq  tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün təşkil olunan maarifləndirici tur aksiyalar davam etdirilir.
Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizi dərindən öyrətmək, onların dünyagörüşünün daha da zənginləşdirilməsindən ibarətdir.
16 noyabr 2015-ci il tarixdə Ağstafa məktəbliləri və onları müşayiət edəcək şəxslərdən ibarət heyət təsdiq olunmuş müvafiq səfər proqramına uyğun olaraq xüsusi avtobusla “Ağstafa – Lənkəran – Lerik – Astara – Ağstafa” marşrutu üzrə  ekskursiyaya yola düşmüşlər. Yola düşməzdən öncə tur iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Turun müddəti 3 gün 4 gecədir. Tur çərçivəsində məktəblilər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, parklar, həmin rayonların görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur iştirakçıları həmçinin Ağstafanın tarixini və müasir dövrünü əks etdirən xüsusi bukletləri səfər edəcəkləri rayon məktəblilərinə təqdim edəcəklər.
Yolasalma mərasimində iştirak edən şagirdlərin valideynləri artıq hər il təşkil olunan bu cür tur-aksiyalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər