“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti tur-aksiya uğurla başa çatdı
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Ağstafa məktəblilərinin ölkəmizin bölgələrinə növbəti səyahətləri baş tutdu. Belə ki, müvafiq səyahət proqramına uyğun olaraq Lənkəran, Lerik və Astara rayonlarına 4 günlük tur ekskursiyada iştirak edən heyət 19 noyabr axşam saatlarında Ağstafa şəhərində rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər tərəfindən qarşılandılar.
Tur-aksiya heyəti öz xoş təsuratlarını bölüşərkən qeyd etdilər ki, tur çərçivəsində gəzdiyimiz və ilk dəfə gördüyümüz məkanlar olduqca maraqlı və həyəcanlı idi. Bu tur-aksiya zamanı bir daha əmin olduq ki, bizim dünyada tayı-bərabəri olmayan, hər guşəsi cənnətə bənzəyən gözəl Vətənimiz var. Onlar bu cür diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.