Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada yeni körpülər inşa ediləcək

24 noyabr 2015 | 11:00

Ağstafa rayonunda  nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən 4 avtomobil körpüsünün tikintisi işlərinə başlanılır.
Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılan yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcəkdir. Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikiləcək körpünün isə uzunluğu 34 metr olacaq.
Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına maliyyələşdirilir. Layihənin tikinti müddəti ilkin olaraq 2 il nəzərdə tutulur.

Keçidlər