Qəzalı və komunal şəraiti olmayan aztəminatlı sakinlər üçün tikilmiş 4 mərtəbəli 25 mənzilli binanın açılışı olmuşdur
28. dekabr 2012-ci il tarixdə Ağstafa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında qəzalı və komunal şəraiti olmayan aztəminatlı sakinlər üçün tikilmiş 4 mərtəbəli 25 mənzilli binanın açılışı olmuşdur. Mərasimdə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bayram ərəfəsində mənzil alan sakinləri təbirk etdi, mənzillərin bölgüsünün şəffaf, rayon İcra hakimiyyətinin mənzil komissiyasının, püşkatma komissiyasının üzvləri, ictimayyətin nümayəndələri, KİV təmsilçilərinin iştirakı ilə keçirildiyini qeyd etdi. Qeyd olundu ki, bu qəzalı vəziyyətdə yaşayan sakinlərə verilən mənzillərdən başqa, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Ağstafa şəhərində əlavə olaraq bir 16, bir 40 və bir 48 mənzilli binaların da tikintisi davam etdirilir. Daha sonra cənab Məhərrəm Quliyev mənzil alan sakinlərə sahib olduqları mənzillərin orderlərini təqdim etdi. Sonda mənzillərə baxış keçirildi.