Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada çoxmənzilli yaşayış binalarının təmiri davam edir

26 noyabr 2015 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, blok girişlərinin və pilləkən qəfəslərinin təmiri, qapı və pəncərələrin dəyişdirilməsi kimi təmir işləri sahəsində tədbirlər davam etdirilir.
Hazırda Ağstafa şəhəri R.Alıcanov küçəsi 1 və 2 ünvanda yerləşən iki ədəd 16 mənzilli yaşayış binalarının dam örtükləri tamamilə yenidən qurulur. Binalardan birində 1300 kv. metr,  digərində isə 1000 kv. metr dam örtüyü təzələnmişdir.  Binalara müasir örtüklər vurulmuş, yağış sularının axıdılması üçün boru xətləri quraşdırılmışdır.
Ağstafa şəhərinin Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində aparılan yenidənqurma işləri də sürətlə davam etdirilir. Yaxın günlərdə hər iki küçənin abadlıq təmir işlərindən sonra açılışı olacaqdır.

Keçidlər