Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Beynəlxalq Əlillər Günü qeyd olundu

02 dekabr 2015 | 11:00

3 dekabr Beynəlxalq Əlillər günü münasibəti ilə Ağstafa şəhəri “Yazıçılar Evi”ndə geniş tədbir keçirildi.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, əlillər, o cümlədən Qarabağ və Əfqanıstan müharibəsi, Çernobl faciəsi əlilləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq hər kəsi salamladı, bu münasibətlə əlilləri təbrik etdi. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi və onlara göstərilən dövlət qayğısından geniş bəhs etdi. Qeyd olundu ki, ölkəmizdə əlillərin sağlamlığının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində vahid dövlət siyasəti uğurla həyata keçirilir. O cümlədən Ağstafada da şəhid ailələrinin, müharibə əlillərinin və Çernobl faciəsi iştirakçılarının mənzil şəraitinin yaxşılaşdırılması üçün 4 yüksək mərtəbəli çoxmənzilli yaşayış binaları müvafiq dövrlərdə tikilib istifadəyə verilmişdir. Hazırda 6 fərdi yaşayış evinin tikinti işləri yekunlaşmaq üzrədir.
Daha sonra Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri Yaqub İsmayılov və digər əlillər öz çıxışlarında  dövlətimiz tərəfindən daim onlara göstərilən yüksək diqqət və qayğıdan ətraflı danışdı, onların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşıldığını xüsusi vurğuladılar. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.
Çay süfrəsi ətrafında keçən tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri maraqlı konsert proqramı ilə davam etdirildi.

Keçidlər