Şriftin ölçüsü :

Saytın rəngi :

Həmid Abbasın 80 illik yubileyi qeyd olundu

03 dekabr 2015 | 11:00

Bu gün Ağstafa şəhəri  “Yazıçılar Evi”ndə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Həmid Abbasın 80 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, bölgə yazarları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Barat Vüsal və digər natiqlər Həmid Abbasın həyat və fəaliyyəti haqqında geniş danışdılar.
Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri Həmid Abbasın şerlərini və sözlərinin müəllifi olduğu mahnıları ifadə etdilər.
Məlumat üçün qeyd edək ki, Həmid Abbas Məmmədəli oğlu 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərinformda tərcüməçi şagirdliyindən başlamış, ədəbi işçi, səyyar müxbir, tərcüməçi, yerli mətbuat üçün xəbərlər şöbəsinin redaktoru və bu sahədə bir sıra yüksək vəzifələri icra etmişdir. Onun şerlərinə mahnılar bəstələnmişdir. “Tarla qızları” adlı ilk şerlər toplusu “A.Həmid” təxəllüsü ilə çapdan çıxmışdır. Azərbaycan KPMK-da işlədiyi illərdə təbliğat və təşviqat şöbəsinin təlimatçısı (1970-1974) təşkilat –partiya işi şöbəsinin inspektoru (1974-1977) və təşkilat partiya işi şöbəsi müdirinin müavini (1977-1981) olmuşdur. 1978-ci ildə Ali Partiya Məktəbini fərqlənmə diploma ilə bitirmişdir. 1981-ci ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri vəzifəsində işləmişdir. ”Şərəf nişanı” ordeni və müvafiq medallarla təltif olunmuşdur. O, 1999-cu il noyabrın 19-da Bakıda vəfat etmişdir.

Keçidlər