Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

12 dekabr 2015 | 11:00

Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimai təşkilatların nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri iştirak edirdi. Ulu Öndərə böyük sevgi və məhəbbət ifadə edən izdihamlı tədbirin iştirakçıları şəhərin Heydər Əliyev Mərkəzinin qarşısına toplaşmışdı.
Tədbir iştirakçıları  Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoydu, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadını, həyat və fəaliyyətini əks etdirən fotostendlərdən ibarət muzeyin salonlarına ekskursiya etdilər.

Keçidlər