Şriftin ölçüsü :

Saytın rəngi :

General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olundu

17 dekabr 2015 | 11:00

Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham Əliyevin  29 sentyabr 2015-ci il tarixli   "General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin  keçirilməsi haqqında"  müvafiq Sərəncamına uyğun olaraq,  təsdiq edilmiş tədbirlər  planına  əsasən rayonun  ümumtəhsil məktəblərində  müharibə veteranlarının iştirakı tədbirlər keçirilir.
Bu gün   Ağstafa şəhər 2 saylı tam orta məktəbində Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmış general Səməd bəy Mehmandarovun  160 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirildi.  Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yerli nümayəndəsi, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, bölgə yazarları iştirak edirdilər. Tədbirdə  general Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən geniş bəhs olundu. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən general Səməd bəy Mehmandarov 1918-ci ilin 25 dekabrında hərbi nazir olmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdur. Hərbi nazir kimi ordu quruculuğunu milli zəmin üzərində təşkil etmiş  və ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsində misilsiz xidmətlər göstərmişdir.
Tədbirdə həmçinin şagirdlərin ifasında Generala həsr olunmuş şerlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar təqdim olundu, bir sıra filmlərdən maraqlı fraqmentlər nümayiş etdirildi.

Keçidlər