Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri Rafiq Alıcanov küçəsinin yenidən qurulmasından sonra açılışı olmuşdur

29 dekabr 2012 | 11:00

28 dekabr 2012-ci il tarixdə Milli Qəhraman Rafiq Alıcanovun adını daşıyan küçənin yenidən qurulmasından sonra açılışı olmuşdur. Açılışda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Milli Qəhramanın abidəsi önünə gül dəstələri qoyaraq Rafiq Alıcanovun ailə üzvləri və yaxınları ilə görüşmüşdür. R.Alıcanovun ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
2000 metr uzunluğu olan küçəyə 21780 kv. metr asfalt örtüyü salınmış, səkilərə 7900 kv. metr “brusçatka” tipli dekorotiv daş döşənmiş, 3300 p/metr bardur daşı və 65 ədəd müasir tipli işıqlandırma dirəkləri quraşdırılmışdır. Küçə boyunca mövcud olan özəl obyektlərin və digər ictimai tikililərin fasadları yenidən qurulmuşdur.
 

Keçidlər