Ağstafada kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olundu
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə ölkə əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə respublikamızın bütün bölgələrində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. 30 dekabr, 2015-ci il tarixdə Ağstafa şəhəri Heydər Əliyev prospektində təşkil olunmuş yarmarkada yerli istehsalçıların öz məhsullarının daşınması, yerləşdirilməsi və satışı üçün lazımi şərait yaradılmışdır. Satışa çıxarılan məhsulların keyfiyyəti və çeşidi rayonun müvafiq təşkilatları tərəfindən nəzərdən keçirildikdən sonra istehsalçılar tərəfindən sakinlərə bazar və marketlərdəkindən münasib qiymətlərə təklif olunmuşdur. Satış yarmarkasında alış-veriş edən sakinlər bu cür tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirdilər. Göstərilən xidməti və təklif olunan məhsulların qiymətlərindən razılıqlarını ifadə etdilər.